Netanyahu: Qəzzə müharibəsi 2025-ə qədər uzana bilər

Sionist rejimin baş naziri Qəzzə müharibəsinin 2025-ci ilə qədər uzanma ehtimalının olduğunu deyib.

Əl Aləm telekanalının məlumatına əsasən, Misirin Əl Yəvm internet portalı İsrailin 12-ci kanalına istinadən yazıb: Binyamin -Netanyahu Qəzzə zolağı yaxınlığında yerləşən Beer Şiba məntəqəsində  sionist qəsəbə şura başçıları ilə görüşündə Həmasla müharibənin 2025-ci ilə qədər davam edə bilmə ehtimalından danışıb.

Məlumata görə Beer Şibanın sionist qəsəbə şura başçıları baş nazir Netanyahuya qəsəbə sakinlərinin Qəzzə istiqamətindən atılan raketlərdən nigaran olduqlarını və tərk etdiyi evlərə qayıtmaq istəmədiklərini çatdırıblar. Netanyahu isə onlara bu məsələni nəzərə alacağını və lazımi tədbirlər görəcəyini söz verib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur