Netanyahu: Özümüzü təkbaşına müdafiə edəcəyik

Netanyahu: Özümüzü təkbaşına müdafiə edəcəyik

Sionist rejimin baş naziri Amerikanın Ənsarullahla atəşkəs razılaşmasından sonra İsraili hər hansı bir şəraitdə müdafiə edəcəyini vurğulayıb.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Benyamin Netanyahu dünən gecə (7 may) deyib Mənim əsas prinsipim budur ki, İsrail istənilən vəziyyətdə və istənilən məqamda özünü təkbaşına müdafiə edəcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfərindən öncə Yəmən Ənsarullah Hərəkatı ilə atəşkəs razılaşmasının imzalandığını elan edib. 

Xatırladaq ki, Oman xarici işlər nazirliyi də ölkə krallığı və Amerika ilə Sənada gərginliyin azaldılmasına yönəlmiş son danışıqlardan sonra iki tərəf arasında atəşkəs razılaşması ilə nəticələndiyini elan edib.

Oman XİN-nin bəyanatına görə, gələcəkdə hər iki tərəf qarşılıqlı hücumlar həyata keçirməyəcək, ABŞ-ın ticarət gəmiləri Qırmızı dəniz və Babul Məndəb boğazında təhlükəsiz olacaq.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur