Netanyahu müxalifləri belə onun cinayətlərini təsdiqləyir

Netanyahu müxalifləri belə onun cinayətlərini təsdiqləyir

Almaniya strateji məsələlər üzrə tədqiqat institutunun direktoru deyib: Biz İsrail nazirlər kabineti, müahirbə kabineti və hakimiyyət müxalifləri arasında heç bir fərq qoymamalıyıq. Çünki onlar daxili münaqişələrlə əlbəyaxa olsalar belə, hamılıqla Netanyahunun fələstinlilərə qarşı cinayətlərini təsdiqləyirlər.

Əl Aləm telekanalının məlumatına əsasən, Rizvan Qasim bu gün (13 avqust) kanalla müsahibəsində deyib:  İsraillilərinQəzzədə fələstinlilərə qarşı edilən kobudluqların keyfiyyəti barədə fikir ayrılıqları olması mümkündür. Amma Netanyahunun Qəzzə soyqırımını dəstəkləyirlər. Əlbəttə onların sağçı ya solçu olmasının heç bir fərqi yoxdur. Çünki onlar hamılıqla fələstinlilərin düşmənidir.

Rizvan Qasim əlavə edib: İsraillilər və amerikalılar vəziyyətin daha da gərginləşməsi mövqeyindədir və əslində bu gün atəşkəs müzakirələr bir növ ümumi auditoriyanı aldatmaq üçün bir vasitə olduğu üçün faktiki olaraq heç bir təsiri yoxdur. Demək olar ki, zahirdə bir sıra hadisələr baş verirsə, faktiki olaraq başqa şeylər var.

Rizvan Qasim vurğulayıb: İsrailin daxili konfliktlərindən narazı olan, Netanyahunu tənqid edənlər belə onun Qəzzə müharibəsində fələstinlilərin soyqırımı siyasətini dəstəkləyir, fələstinlilərə qarşı nifrət hissində onunla şərikdirlər.

Related posts

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

ABŞ: Qəzzədə atəşkəs zəruridir