Netanyahu: Misirin Cənubi Afrika şikayətinə qoşulması təhlükəlidir

Sionist rejimin baş naziri Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində tələbinə Misirin də qoşulma qərarının çox təhlükəli olduğunu deyib.

Əl Aləm telekanalının məlumatına əsasən, Benyamin Netanyahu deyib: Misir bu məsələyə müdaxilə edərsə, vəziyyət həddən artıq təhlükəli olacaq.

Qeyd edək ki, Misirin xarici işlər nazirliyi Cənubi Afrikanın Beynəlxalq Haaqa məhkəməsinə verdiyi şikayətində “İsrailin Qəzzə zolağında mülki şəxslərə qarşı hücumlarının şiddətlənməsi” barədə ciddi tədbirlər görülməsini tələb edib.

Sionist rejimin baş naziri ilə müharibə naziri Yoav Qallant arasındakı konflikt məhz elə Qəzzə müharibəsi səbəbinə ölkədə fövqəladə hərbi rejim məsələsi olduğu üçün Qəzzənin idarəetməsini Fələstin Özünüidarə Təşkilatına həvalə etmə məsələsi meydana çıxıb. Netanyahu bu məsələ barədə fikir bildirərək demişdi ki, Müharibə kabinetində olan bəzi şəxslər Qəzzəni FÖT-ə vermək təklifini edirlər. Amma mən buna icazə verməyəcəyəm. Əlbəttə onların söz deməyə haqqı olsa da mən bu məsələni qəbul etməyəcəyəm.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir