Sionist rejim baş nazirinin ŞABAK rəhbərini işdən kənarlaşdırdıqdan sonra işğal olunmuş Fələstində etirazlar daha da şiddətlənib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, ötən gecə (16 mart) baş nazir Benyamin Netanyahunun ŞABAK rəhbəri Ronen Barı işdən kənarlaşdırdıqdan sonra işğal olunmuş ərazilərdəki sionistlər arasında çaxnaşma daha da şiddətlənib.
Məlumata görə bu gün səhərdən etibarən sionist medialar və rəsmi dairələr deyib ki, bütün demokratik ölkələrdə təhlükəsizlik xidmət rəhbərlərinin toxunulmazlığı olduğu bir halda Netanyahunun bu qərarı məntiqsizdir. Amma baş nazir öz korrupsiya cinayətlərini ört-basdır etmək üçün Ronen Barı işdən kənarlaşdırıb. Çünki Ronen Bar baş nazirin onu kənarlaşdıracağını hiss etdiyi zamandan Netanyahunun gizlik korrupsiya sənədləri barədə araşdırmasına başlayıbmış. Amma Netanyahu Ronen Bara qarşı etimadını itirdiyini deyərək onu işdən azad edib.
Məlumatda həmçinin deyilir: Etiraz qrupları dünən axşam saatlarında Netanyahunun qərarına məyusluqlarına baxmayaraq, küçələrə çıxmayıb. Amma sabah (çərşənbə günü) İsrail parlamenti qarşısında böyük nümayişin planlaşdırılıb.