Netanyahu kabineti: Qəzzə zolağında qıtlıq yoxdur!

Netanyahu kabineti: Qəzzə zolağında qıtlıq yoxdur!

Sionist rejim nazirlər kabinetinin mətbuat katibi Livan Hizbullahı ilə şimal bölgələrdə müharibənin davam etdiyinə işarə edərək Qəzzə zolağında heç bir qıtlıq və aclığın olmadığını iddia edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İsrail nazirlər kabinetinin sözçüsü bu gün (17 iyun) deyib: Hizbullah bizimlə müharibəyə başladığından 5 min raket və dronla İsraili hədəfə alıb.

Mətbuat katibi Livan sərhədlərində heç bir problem yaşamadıqlarını iddia edərək deyib: Beni Qantsın istefasından sonra artıq müharibə kabinetinə ehtiyacımız qalmadı və biz Qəzzəyə humanitar yardımların çatdırılması daha da çoxalacaq. Amma Həmas yardımların çatdırılmasına mane olur.

Sionist rejimin bu rəsmisi həmçinin əlavə edib: Biz şimal bölgələrdə ( işğal olunmuş Fələstin və Livan) konfliktin siyasi ya hərbi həll edilməsini istəyirik. Çünki bu vəziyyət belə davam edə bilməz.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir