Netanyahu: İsrail İranın rəhbərlik etdiyi ideologiyanın mühasirəsindədir

İsrail rejiminin baş naziri Netanyahu işğal altındakı Şərqi Fələstində bu gün keçirilən və 3 israillinin ölümü ilə nəticələnən əməliyyatla bağlı bildirib ki, israillilər mühasirəyə alınıb.

Sionist rejimin baş naziri Benyamin Netanyahu bu gün (bazar günü) günorta İordaniya və işğal olunmuş Fələstinin sərhəd xəttlərində aparılan əməliyyatdan sonra bu rejimin Nazirlər Kabinetinin iclasının əvvəlində bu bəyanatları verib.

Qafqaztimes xəbər verir ki, İşğal altındakı Fələstinin şərqindəki Əl-Kəramə sərhəd keçidində iordaniyalı yük maşını sürücüsü tərəfindən üç İsrail əsgəri güllələnib.

İsrailin “Maariv” qəzeti yazıb ki, Netanyahu Nazirlər Kabinetinin iclasının əvvəlində bu əməliyyatı xatırladıb və deyib: “Bu gün çətin gündür və mənfur terrorçu Əl-Nabi körpüsündə soyuqqanlılıqla 3 vətəndaşımızı öldürüb”.

Netanyahu daha sonra iddia edib: “Bizi İranın şər cəbhəsinin rəhbərlik etdiyi ölümcül ideologiya mühasirəyə alıb”.

Qəzza zolağında 6 israilli məhbusun cəsədinin tapılmasına toxunaraq, bu ideologiyanın israillilər arasında fərq qoymadığını və onların hamısını öldürməyə çalışdığını iddia edib.

İsrail rejiminin baş naziri bu sözləri elə bir vaxtda deyib ki, İsrail ordusu son 11 ayda Qəzza zolağında 41 minə yaxın fələstinlini qətlə yetirib.

Qəzzanın Səhiyyə Nazirliyi şəhidlərin əksəriyyətinin qadın və uşaq olduğunu, minlərlə fələstinlinin isə hələ də dağıntılar altında qaldığını açıqlayıb.

Al-alam

Related posts

Demo+terror+kratiya

Rusiya və ABŞ arasında oyunun sonu

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

4 şərhlər

Situs lot Gacor Sentyabr 8, 2024 - 6:19 axşam

Great Article bro thanks, situs slot gacor mudah maxwin

tube.kakoc.com/sexy58wqKnri5Iw14 Sentyabr 9, 2024 - 11:23 səhər

Hmm iss anyoe else experiencxing probems with tthe images on thuis blog loading?
I’m trying too find ouut if its a problem oon myy
ennd or iif it’s thhe blog. Any feed-back would bee greatly
appreciated.

build your links Noyabr 9, 2024 - 12:14 axşam

Thank you for any other great post. The place else may just anyone get that type of information in such an ideal method of writing?
I’ve a presentation subsequent week, and I am on the
look for such info.!

Nicole Noyabr 13, 2024 - 4:59 axşam

Hey there! Do you know if they make any plugins to help with SEO?

I’m trying to get my website to rank for some targeted keywords but I’m not seeing very good success.
If you know of any please share. Many thanks! You can read similar blog
here: Eco product

Add Comment