Netanyahu: İranın Doğru Vəd 2 əməliyyatı genişmiqyaslı idi

Netanyahu: İranın Doğru Vəd 2 əməliyyatı genişmiqyaslı idi

Sionist rejimin baş naziri bir videomesajda İran İslam Respublikasının “Doğru Vəd 2” əməliyyatının İsrail tarixində ən böyük raket hücumu olduğunu etiraf edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Benyamin Netanyahu bu gün axşam (5 oktyabr) İranın raket hücumlarının cavablandırlmasını İsrailin “vəzifə və haqqı” olduğunu deyib.

Netanyahu həmçinin iddia edib: Qəzzə, Livan, Yəmən, Suriya və İraqın İsrail əleyhinə hücumlarının arxasında İran dayanır və biz bu məsələyə son qoyacağıq. İsrailin özünümüdafiə hüququ var və biz İranın bu mövqeyini cavablandırmaq üçün ciddi təbrilər görəcəyik.

İngilis dilində yayımladığı videoda Netanyahu Fransa prezidenti Emmanuel Makrona xitabən deyib: Siz müharibənin ortasında İsrailə silah satışının dayandırlmasına şərait yaratdınız. Amma bu müharibədən sonra sizinlə də müharibəmiz olacaq.

Qeyd edək ki, baş nazir Netanyahunun bu çıxışı Fransanın İsrailə silah satışını dayandırmaq qərarından dərhal sonra baş tutub.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir