Netanyahu İordaniyaya su nəqlinə etiraz etdi

Qafqaztimes xəbər verir ki, İsrailin keçmiş baş naziri Benyamin Netanyahu Tel-Əviv-Amman müqaviləsini sərt tənqid edib.

Tel Əvivin Energetika Naziri Karin Əl-Hərrar dünən İordaniyaya səfəri və Ammanın Su Naziri Məhəmməd əl-Nəccarla görüşü zamanı İordaniyaya daha çox su nəqli barədə razılaşma imzalanmışdır. Bu razılaşmaya əsasən, gələn il işğal olunmuş ərazilərdən İordaniyaya daxil olan suyun miqdarı 50 milyon kubmetr artırılacaq və mümkün olduğu təqdirdə bu müqavilə daha iki il uzadılacaqdır.

“Khaberni” xəbər agentliyi məlumat verib ki, İsrailin keçmiş baş naziri çərşənbə axşamı öz Twitter hesabında bu addımı kəskin tənqid edib.

Netanyahu bu barədə deyib: “İordaniyanın İranla əlaqələrini gücləndirdiyi bir dönəmdə, Bennett bu gün İsrailə heç bir siyasi imtiyazlar qazandırmadan, İordaniyaya göndərilən su miqdarını iki qat artırdı.”

Əlbəttə ki, Benyamin Netanyahunun İordaniyaya su göndərilməsinə qarşı çaxması ilk dəfə deyil. İsrail mənbələri Netanyahunun baş nazirlik dövründə də İordaniyaya su nəqli razılaşmasına qarşı çıxdığını bildirmişlər.

Related posts

Demo+terror+kratiya

Rusiya və ABŞ arasında oyunun sonu

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik