Sionist rejimin baş naziri Həmasla girov mübadiləsinin bir neçə mərhələdə həyata keçəcəyini deyib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Benyamin Netanyahu dünən axşam (21 noyabr) NK iclasında Həmasla girov mübadiləsi haqda qərarın verilməsi çətin olsa da, düzgün qərar olaraq bir neçə mərhələdə həyata keçəcəyini deyib.
Netanyahu məqsədə çatana qədər müharibənin davam edəcəyini amma girovların azad edilməsinin sadiq qaldığı müqəddəs iş olduğunu da iddia edib.
O, həmçinin deyib: Bu qərar təhlükəsizlik rəsmiləri tərəfindən tamamilə dəstəklənməklə bərabər orduya müharibəni davam etdirmək imkanı verir.
Baş nazir həmçinin deyib: Müharibə bir neçə mərhələdə olduğu kimi əsirlər də tədriclə azad ediləcək və biz tam qələbəyə qədər rahat olmayacağıq.
Netanyahu həmçinin ABŞ prezidenti Co Bydendən girovların azadlığı barədə razılaşmaya müdaxilə etdiyini və bunun təsirli olduğunu da qeyd edib.
1 şərh
Scale across the Multiverse. Build new apps, new economies, new worlds. https://multiversx-aps.pages.dev