Netanyahu dinc yolla postu təhvil verməkdən boyun qaçırır

Qafqaztimes xarici KİV-ə istinadən xəbər verir ki, 12 ildən sonra hakimiyyətdən getmək ərəfəsində olan İsrail baş naziri Benyamin Netanyahu, rejimin gələcək kabinetini qeyri qanuni göstərmək üçün Trampın üslubundan istifadə edərək kompaniya başlatmış və yeni kabinetin rəsmilərini “əsrin saxtakarlığını” etməkdə təqsirləndirmişdir.

“Axios” xəbər agentliyinin verdiyi bir məlumatda qeyd olunur ki, Knesset üzvlərinin ölümlə təhdid olunmaları və qəzəbli Netanyahu tərəfdarlarının onların evlərinin qarşısında nümayişləri səbəbiylə yaranan son vəziyyət sionist rejimin Daxili Təhlükəsizlik orqanının (Şabak və ya Shin Bet) rəhbərini işğal olunmuş ərazilərdə daxili qarşıdurmalar ehtimalı ilə bağlı görünməmiş açıqlamalar verməyə məcbur edib.

Qeyd edək ki, mart ayında keçirilən ardıcıl dördüncü seçkidən sonra Netanyahu kabinet qura bilmədi, bundan sonra Netanyahunun sağçı tərəfdarı olan Naftali Bennett Netanyahu rəqibləri ilə birgə kabinet qurmaq və baş nazir postuna yiyələnmək üçün razılığa gəldi.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib