Netanyahu Ben Qvir barədə yeni qərar verdi

Netanyahu Ben Qvir barədə yeni qərar verdi

Sionist rejimin 13-cü kanalı baş nazir Benyamin Netanyahunun radikal daxili təhlükəsizlik naziri İtamar Ben Qvirin nazirlər labineti nəzdində kiçik bir təhlükəsizlik qurumu təsis etməsi ilə razılaşmasından xəbər verib.

İRNA-nın məlumatına əsasən, bu xəbərlə eyni zamanda İsrailin müxalifət partiyası olan Likud bu gün (20 iyun) bəyanat yayaraq elan edib ki, İtamar Ben Qvir sionist rejim nazirlər kabinetinə aid bütün siyasi-təhlükəsizlik barədə telefon söhbətləri faş edir.

Likudin bəyanatında həmçinin deyilir: İtamar Ben Qvir müharibə kabinetinə üzv olmaq istəyirsə, bu kabinetin məxfi sirlərini faş etmədiyi barədə faktlar təqdim etməlidir.

Ben Qvirin başçılıq etdiyi Utsima Yahudiyya partiyası da Likudin bu bəyanatının ittiham olduğunu qeyd edərək belə cavab verib: Biz Netanyahu daxil olmaqla kabinet üzvlərinin poliqrafiya  testindən keçməsini tələb edən qanunu dəstəkləyir, NK sirlərinin faş edilməsi barədə faktların araşdırılmasını tələb edirik.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir