Netanyahu Ben Qvirə yenə bac verdi

Netanyahu Ben Qvirə yenə bac verdi

İsrailin baş naziri radikal daxili təhlükəsizlik nazirinə yenə bac verib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, sionist rejimin Kan televiziyası bu gün (9 iyul) bir proqramda Ben Qvirə yaxın olan bir nəfərə istinadən deyib ki, Benyamin Netanyahu ona təhlükəsizlik kabinetinə qoşulmaq üçün gizli surətdə razılıq verib.

Ben Qvirə yaxın olan bu şəxs onu da qeyd edib ki, Netanyahu bu icazəni medialardan gizlin qalmaq şərtilə verib.

Məlumata görə bu xəbərdən bir gün əvvəl Ben Qvir nazirlər kabinetində Netanyahunu bu məsələ ilə əlaqədar sərt tənqid edibmiş. Netanyahu da sonra digər nazirlərdən məxfi surətdə ona nazirlər kabinetinin təhlükəsizlik şöbəsinə qoşulma icazəsi verib.

Qeyd edək ki, “Yəhudi Gücü” partiyasının sədri, Knessetin 120 nəfərlik üzvlüyündən 6 kürsüyə sahib olan Ben Qvir sionist rejimin ən qalmaqallı şəxsiyyəti hesab olunur və Benyamin Netanyahu üzərində nüfuzu həddən artıq çoxdur.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur