Netanyahu Baydenin mövqeyini şərh etməyi qadağan etdi

QafqazTimes xəbər verir ki, sionist rejimin baş nazirliyi bəyan edib ki, Benyamin Netanyahu öz hökumətinin nazirlərinə məhkəmə islahatlarından əl çəkməyi tələb edən ABŞ prezidenti Co Baydenin mövqeyini şərh etməməyi göstəriş verib.

“Əl-Cəzirə” telekanalının internet saytının xəbərinə görə, sionist “Valla” xəbər saytı bu gün Təl-Əviv kabinetinin reaksiyalarının artmasından sonra bildirib ki, Amerika rəsmiləri Netanyahu və onun yaxınlarına Baydeni təhrik etməməyə dair xəbərdarlıq ediblər.

Valla-nın hesabatına əsasən, Amerika rəsmiləri bildiriblər ki, onların Netanyahuya xəbərdarlığı konkret olaraq Baydenin özünü bir sionist hesab etməsi və bu kontekstdə qırmızı xətlərinin olması ilə bağlıdır. Buna görə də o təəssübkeşliklə yanaşdığı “İsrail demokratiyası” adlandırdığı şeyə qarşı etinasız yanaşa bilmir.

Ötən gün medialar sionist rejim kabinetinin Amerika prezidentinin məhkəmə islahatlarından əl çəkmək tələbi ilə bağlı bəyanatlarına reaksiyalarının şiddətləndiyini və bunun Təl-Əvivin daxili təhlükəsizlik naziri İtmar Benquirin hiddətinə də səbəb olmasını yazmışlar.

O, Baydenin şərhlərini “İsrailin daxili işlərinə müdaxilə” nümunəsi kimi qiymətləndirərək deyib: “Bayden hökuməti İsrailin müstəqil bir ölkə olduğunu və ABŞ bayrağındakı başqa bir ulduz olmadığını başa düşməlidir.”

Xatırladaq ki, çərşənbə axşamı, (martın 28-i) Amerika prezidenti işğal olunmuş Fələstindəki vəziyyətdən narahatlığını bildirərkən deyib: “Biz ümid edirik ki, Netanyahu İsraildəki məhkəmə islahatları planından geri çəkiləcək.”

Bu şərhin ardınca sionist rejimin baş naziri Benyamin Netanyahunun reaksiyası gəlib. O, twitter yazısında​ kabinetinin sionist rejimin məhkəmə sistemində struktur dəyişiklikləri etməsi barədə mövqelərini müdafiə edərək, deyib: “İsrail müstəqil bir ölkədir və öz qərarlarını xarici təzyiqlər deyil, xalqının iradəsi əsasında verir. Hətta bu ölkə ən yaxşı dostlar sırasında olsa da belə!”

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya