Netanyahu: Bayden səhv edir, biz Rəfəhə girəcəyik

Sionist rejimin baş naziri ABŞ prezidentinin “Netanyahu İsrailə ziyan vurur” çıxışına reaksiya verərək deyib: Bayden mənim siyasətlərim barədə səhv edir.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Benyamin Netanyahu dünən axşam (10 mart) deyib: Mən Baydenin nəyi nəzərdə tutduğunu bilmirəm. Amma onun məqsədi mənim siyasətlərimin İsrailə vətəndaşlarının əksəriyyətinə zərbə vurması və Tel Əvivin mənafeyinə zərər verməkdirsə, tamamilə səhvə düçar olub.

Politico ilə müsahibəsində Netanyahu həmçinin deyb: Bu siyasət şəxsən mənim siyasətim deyil və əksər israillilər bu siyasəti dəstəkləyir; İnsanlar mənim Həmasın qalan batalyonlarını məhv etmək siyasətimə dəstək verir.

İsrailin baş naziri həmçinin iddia edərək bildirib: Onlar körpəlikdən uşaqlara terrorizmi öyrədən Həması tamamilə məhv etdikdən sonra Fələstin Muxtar Respublikasının Qəzzədə hakimiyyətini qurmaqdır.

Biz Rəfəhə daxil olacağıq və bizim qırmızı cizgimiz 7 oktyabr hadisəsinin təkrarlanmamasıdır. Biz müharibənin son mərhələsinə daxil olmuşuq. Belə ki, bu mərhələ 2 aydan artıq sürməyəcək. Bəlkə də 6 həftə yaxud 4 həftə – deyə Netanyahu sözlərini bitirib.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir