Netanyahu atəşkəs rejiminin uzadılmasına razılıq verdi

Sionist rejimin baş naziri ABŞ prezidenti ilə telefon danışığından sonra Qəzzədə atəşkəs rejiminin davam etdirilməsi barədə fikrinin müsbət olduğunu bildirib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Benyamin Netanyahu Co Baydenlə telefon söhbətindən sonra Qəzzədə müvəqqəti humanitar atəşkəs müddəti bitdikdən sonra Həmas tərəfdən gündə 10 girovdan  artıq insanın  azad olunması şərtilə onun uzadılmasına razı olduğunu deyib.

Netanyahu videomüraciətdə bu barədə ABŞ prezidenti ilə telefonda emosional bir danışıq olduğunu və təfsilatı ilə söhbət etdiyini deyib.

O, həmçinin humanitar atəşkəs bitdikdən sonra Fələstində hərbi əməliyyatları davam etdirəcəyini də qeyd edib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur