Netanyahu: AEBA İrana təslim olub

Sionist rejimin radikal baş naziri MAQATE-nin fəaliyyətlərini siyasiləşdirmək məqsədilə kinayə ilə direktorun İrana təslim olduğunu deyib.

Əl Aləm telekanalının məlumatına əsasən, Benyamin Netanyahu ötən günlərdə, AEBA-nın Vyanada 35-ci sessiyası ərəfəsində qarayaxma siyasətini işə salaraq bu beynəlxalq Agentliyin İranın nüvə fəaliyyətlərinə nəzarətində rəsmi Tehrana təsli olduğunu vurğulayaraq məsələni siyasiləşdirmək istəyib.

Routersin məlumatına görə Netanyahu iddia edib ki, Atom enerjisi üzrə Beynəlxalq Agentlik əlaqəsiz siyasi bir təşkilata çevrilmək üzrədir.

Netanyahunun sözlərinə görə İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə yalan danışmaqda davam edir. Agentliyin İran təzyiqi qarşısında təslim olması onun tarixində qara ləkədir. Əgər AEBA siyasi təşkilata çevrilərsə, o zaman onun İrandakı nəzarət fəaliyyəti də, İranın nüvə fəaliyyəti ilə bağlı hesabatları da mənasız olacaq – sionist baş nazir bildirib.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir