Netanyahu ABŞ-dan Suriya ilə sülh danışıqlarına vasitəçilik etməsini istəyib

Sionist rejimin baş naziri Benyamin Netanyahu ABŞ-dan Suriya ilə tam sülh sazişi əldə olunması məqsədilə danışıqlara vasitəçilik etməsini xahiş edib.

Axios xəbər portalının ABŞ və sionist rejim rəsmilərinə istinadən yaydığı məlumata görə, Təl-Əviv Vaşinqtona Suriyaya dair “qırmızı xətlərini” təqdim edib. Bu şərtlərə görə, Suriya ərazisində Türkiyə hərbi bazalarına icazə verilməməli, İran və Hizbullah qüvvələri yenidən ölkəyə daxil olmamalı və Suriyanın cənubu tam şəkildə silahsızlaşdırılmalıdır.

Məlumata əsasən, sionist rejim rəsmiləri ABŞ tərəfinə bildiriblər ki, yeni razılaşma əldə olunana qədər onların qüvvələri Suriyada qalacaq. Onlar eyni zamanda gələcəkdə Suriya ilə mümkün sərhəd razılaşmasının BMT sülhməramlı missiyasının bir hissəsi kimi ABŞ qüvvələrini də əhatə etməsini arzuladıqlarını vurğulayıblar.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib