Netanyahu ABŞ-a: Bizim daxili işlərimizə qarışmayın

İsrailin baş naziri “məhkəmə islahatı” layihəsini təsdiqlədikdən sonra Amerikaya xitaən deyib: Amerika və digər ölkələr bizim daxili məsələlərimizə qarışmasın.

Əl Aləm telekanalının məlumatına əsasən, Amerika bə digər ölkələrin Tel Əvivə təzyiqlərinə düçar olan Benyamin Netanyahu deyib: Son 16 il ərzində heç bir demokratik ölkə barədə fikir bildirməmişəm. Amma indi hamı Fransa və digər ölkələr barədə heç bir fikir bildirmədikləri halda İsrailə yol göstərirlər.

Netanyahu daha sonra deyib: Hal-hazırda Amerikada Məhkəmə sistemində problemlər yaşanır. Amma mən yenə də heç bir nəzəriyyə verməmişəm. Çünki mənim üçün heç bir önəmi yoxdur.

Netanyahu beynəlxalq təzyiqlərin təsiri altına düşməyəcəyini söyləyərək qeyd edib: Baş nazir kimi öz qərarlarımı icra edəcəyəm.

Netanyahu bir daha xatırladıb: Amerika da daxil olmaqla heç kəs mənim işimə qarışmasın!

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir