“Neftçi”nin futbolçusu İsrail millisindən imtina etdi: Fələstin üçün oynayacaq – FOTO

“Neftçi”nin futbolçusu Ataa Caber milli komanda seçimində dəyişiklik edib.

Daha əvvəl İsrailin U-21 yığmasının kapitanı olmuş yarımmüdafiəçi bundan sonra Fələstinin uğurları üçün çalışacaq.

FIFA 28 yaşlı oyunçunun yığma komanda dəyişikliyini təsdiqləyib. Fələstin administrasiyası tərəfindən səyahət sənədi alan Ataa Caber bu ay millidə debüt edə bilər.

Futbolçu bu mövsüm Azərbaycan Premyer Liqasında 28 oyun keçirib və 5 qol, 6 asistlə yadda qalıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi