Neftçalada dəhşətli qəza: ölənlər və yaralananlar var – VİDEO

Neftçalada iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Qaravəlli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Ford Transit” markalı maşınla KIA markalı avtomobil toqquşub.

Qəza nəticəsində Cəlilabad rayon sakinləri – 1995-ci il təvəllüdlü İslam Fərhadov və 1998-ci il təvəllüdlü Vahid Yağnəliyev hadisə yerində ölüblər.

Neftçala rayon sakinləri – 1957-ci il təvəllüdlü Loğman Bayramov, 1982-ci il təvəllüdlü Habil Əliyev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir