Naxçıvanlı sabiq məmur məhkəmədə öldü – FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin iclas zalında ölüm hadisəsi baş verib.

Bu barədə ölən Şəmil Qədimovun vəkili Adəm Məmmədov məlumat verib.

“Hüquqlarını müdafiə etdiyim Qədimov Şəmil Əli oğlu məhkəmə prosesi zamanı vəfat etdi”, – o əlavə edib.

Ş.Qədimov dələduzluqda təqsirləndirilirdi.

Qeyd edək ki, o, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin sabiq əməkdaşı olub. 

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir