Naxçıvanda yanğın: Polislər zəhərləndilər – FOTO

Naxçıvan şəhərində yanğın baş verib.

APA xəbər verir ki, yanğın şəhərin Nəcməddin Naxçıvani küçəsində olub.

Hadisə yerinə Naxçıvan Muxtar Respublika Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin, eyni zamanda Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb edilib.

Yanğın yaxınlıqdakı evlərə də keçib.

Yanğın zamanı 3 polis əməkdaşı zəhərlənib, vəziyyətləri sabitdir.

Sözügedən yanğın artıq tam olaraq söndürülüb, soyutma işləri aparılır.

İlkin araşdırmalara görə, yanğına səbəb qısaqapanma olub.

Related posts

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO

Bakıda həbsxanada ölüm baş verib

Bakının mərkəzində kişinin başı kəsildi – Hadisə yerindən GÖRÜNTÜLƏR – VİDEO