Naxçıvanda qaya uçqunu: Yollar bağlandı – VİDEO

Naxçıvan Muxtar Respublikası (MR) ərazisində yağan güclü yağışlar nəticəsində Batabat avtomobil yolunun 17-ci kilometrində qaya uçqunu baş verib.

Hadisə nəticəsində iri qaya parçaları aşaraq yolda hərəkətin məhdudlaşmasına səbəb olub.

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən verilən məlumata görə, dərhal əraziyə Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb edilib.

Qaya parçaları qısa müddət ərzində dağıdılaraq ərazidən yığışdırılıb və sözügedən yolda rahat və təhlükəsiz hərəkət bərpa olunub.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir