Naviqatora güvənən qadın avtomobilini suya saldı

ABŞ-dan olan xanım sürücü naviqatorun göstərişlərinə əməl edərək avtomobilini limanın sularına qərq edib.
ABŞ-ın Havay adalarının Kailua-Kona şəhərində turist naviqatorun göstərişlərinə əməl edərək avtomobilini ehtiyatsızlıqdan suya salıb. Baş vermiş hadisəylə bağlı “Hawaii News Now” məlumat yayıb.
Belə ki, qadın GPS naviqatorunun göstərişlərinə arxalanaraq avtomobilini səhvən Honokohau limanının suları istiqamətində sürüb. Nəticədə suya düşən maşın bir göz qırpımında batıb. Hadisənin maraqlı tərəfi isə sürücünün özünü itirmədən batmaq üzrə olan avtomobildən çıxması olub. Hadisə şahidlərinin məlumatına görə hətta, cəsur xanım sürücü batan avtomobili tərk etməzdən əvvəl maşında olan əşyalarını da toplayıb. Sürücünün bu davranışı insanlar tərəfindən yüksək qiymətləndirilib. 

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi