NATO Rusiyanı nüvə hücumuna reaksiya olaraq “praktiki cavab” ilə hədələyib

QafqazTimes xəbər verir ki, “Reuters” xəbər agentliyinin məlumatına görə adı açıqlanmayan yüksək rütbəli NATO rəsmisi çərşənbə günü, NATO-nun Nüvə Planlaşdırma Qrupunun cümə axşamı günü keçiriləcək iclasından bir gün əvvəl iddia edib ki, Moskvanın hər hansı nüvə silahından istifadə etməsi Rusiya üçün “görünməmiş nəticələrə” səbəb olacaq.

Reuters-in bu xəbərinə görə adı çəkilməyən məmur deyib ki, Moskvanın nüvə hücumu demək olar ki, (Ukraynanın) bir çox müttəfiqləri və potensial olaraq NATO alyansının özü tərəfindən ciddi reaksiyaya səbəb olacaqdır.

O, təhdid tonunu davam etdirərək əlavə edib ki, hələ də belə görünür ki, Moskva nüvə təhdidlərindən əsasən NATO və digər ölkələri birbaşa Ukrayna müharibəsinə müdaxilə etməkdən çəkindirmək üçün istifadə edir.

“Reuters” xəbər agentliyi öz hesabatında iddia edir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində bu yaxınlarda Rusiya ərazisinə ilhaq edilmiş əraziləri müdafiə etmək üçün nüvə silahından istifadə etməklə hədələyib və bu xəbər agentliyinin məlumatına görə, bu ərazilər tamamilə Rusiyanın nəzarəti altında deyil.

ABŞ-ın müdafiə naziri Loyd Austin da çərşənbə günü NATO-nun mənzil-qərargahında jurnalistlərə müsahibəsində oxşar təhdid tonunda deyib ki, Vaşinqton Rusiyanın nüvə fəaliyyətində Putinin nüvə hücumuna razı olduğunu göstərən narahatedici dəyişikliyin əlamətlərini kontrol etməkdədir.

Qeyd edək ki, eyni zamanda NATO alyansı da növbəti həftə ərzində “Sabit Günorta” təlimi adı altında nüvə hücumuna hazırlaşmaq üçün təxribat xarakterli təlim keçirməyi planlaşdırdığını açıqlayıb.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib