NATO-nun bir məqsədi var – Putini qıcıqlandırmaq…

QafqazTimes.com AiF-ə istinadən xəbər verir: ABŞ prezidenti Baydenlə Rusiya prezidenti Putin arasında son videokonfrans  Amerikanın qərb müttəfiqlərini qəzəbləndirib. Daim Ukraynaya dəstək verən, Rusiyanı Avropa üçün təhlükə adlandıran qərb başçıları Baydenin Putinə vədlərindən narazı qalıblar. Bayden müharibə olsa, Ukraynaya hərbi dəstək verilməyəcəyini vəd edib, ən əsası Putini müzakirələrə dəvət edib. Müzakirə dəvəti o deməkdir ki, artıq Rusiya öz haqqını ala bilər. Putinin Ukraynanın NATO-ya qəbul edilməsinə etirazı və Baydenlə söhbətdən sonra Ağ Evin Kiyevə “NATO-ya qəbul hələ 10 il mümkün deyil” mesajı verməsi Rusiyanın qələbəsi sayıla bilər. Bundan əlavə Vaşinqtonun Donbasa muxtariyyat verilməsi təklifi maraqlı görünür. Baydanlə Putinin söhbəti SSRİ dağılandan sonra Avropa ilə Rusiya arasında yaxınlaşmaya ümid verən ilk hadisə sayıla bilər. Ən maraqlı sual bütün bunların əvəzində Rusiyanın ABŞ-a nə vəd etməsidir!

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib