Nato Çinə nota verdi

Çin-Rusiya prezidentlərinin Moskvada görüşü zamanı Nato koalisiyası Nato koalisiyasının baş katibi Yens Stoltenberg Çinə hər hansı bir öldürücü silah ötürülməsi haqda xəbərdarlıq edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Stoltenberg deyib: Biz hələ ki Çinin Rusiyaya öldürücü silah ötürməsi barədə heç bir fakt əldə etməmişik. Amma Rusiyanın belə bir istəyi haqda məlumatımız var.

Baş katib həmçinin deyib: Çinin Rusiyaya silah ötürməsi qanunsuz müharibəyə dəstək mənasını daşıyır.

Deyilənlərə görə Pekin Moskvaya “Ukrayna böhranına xitam vermək” haqda 12 maddəlik layihə təqdim edib və Putin isə deyib ki, “Biz həmşə müzakirə metodunu alqışlayırıq”.

Qeyd edək ki, Ağ Ev Təhlükəsizlik Şurasının mətbuat katibi əvvəlcədən Ukrayna müharibəsi ilə əlaqədar hər hansı bir sülh layihəsini qəbuledilməz hesab etdiyini demişdi.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir