Narkobaron dini musiqi ifaçısı oldu – FOTO

Almaniyanın şimalındakı Flensburqdan olan Nils Petersen 22 yaşında R.E.A.L təxəllüsü seçərək musiqiçi olub.

Bunadək isə o, Kolumbiyada narkotik kartellərindən biri üçün işləyib.

Petersen Kolumbiya paytaxtının hava limanında Almaniyaya 550 qram kokain keçirməyə cəhd edərkən saxlanılıb. O, 12 il həbs cəzasına məhkum edilərək Cənubi Amerikanın ən təhlükəli həbsxanası olan La Modeloya göndərilib.

Həbsxanada olarkən Nils protestant ayinlərində iştirak etməyə başlayıb və dindar xristian olub.

2013-cü ildə ifaçı 12 əvəzinə 4 il həbsdən sonra azadlığa çıxıb və özünü dinə həsr edib.

Peterson vətəni Flensburqa qayıdıb. İndi o, iki uşaq atası və “Real Talk Records” musiqi leyblının rəhbəridir. Nils digər altı xristian repçi ilə birlikdə dini musiqi yazır.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi