Narıncı kod verilən vulkan gün ərzində üçüncü dəfə püskürdü (Video izlə)

Rusiyanın Kamçatka yarımadasındakı “Bezımyannı” vulkanı sutka ərzində üçüncü dəfə kül püskürüb. Kül sütununun hündürlüyü 5,5 kilometr olub.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka ərazisi üzrə Baş İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, kül şleyfi şərqə – yaşayış məntəqələrinin olmadığı Kamçatka körfəzinə doğru yayılıb.

Bununla əlaqədar rayonun yaşayış məntəqələrində külün düşməsi müşahidə olunmayıb.

Bundan bir neçə saat əvvəl “Bezımyannı” 5 km hündürlüyə kül püskürüb. Vulkana “narıncı” aviasiya təhlükə kodu verilib: bu yüksək vulkanik aktivlik deməkdir və alçaqdan uçan təyyarələr üçün təhlükə yaradır.

Birinci püskürmədə isə kül sütununun hündürlüyü 3 km olub.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi