Napoleonun şlyapası rekord qiymətə satıldı – FOTO/VİDEO

İmperator I Napoleon Bonapartın ikikünclü şlyapası (bikorn) Fransanın Fontenblo şəhərində keçirilən hərracda rekord qiymətə – təxminən 2 milyon avroya (təxminən 3,6 milyon manata – red.) satılıb.

Bu barədə noyabrın 19-da “Osenat” hərrac evi məlumat yayıb.

“Uzun müddət çəkən hərracdan sonra İmperator Napoleonun şlyapası bir milyon 932 min avroya satıldı”, – deyə hərracın təşkilatçıları bildiriblər.

Bu məbləğ Napoleonun əşyalarının kolleksiyası üçün rekord olub. Hərrac başlamazdan əvvəl papaq 600-800 min avro (təxminən 1,1-1,2 milyon manat – red.) dəyərində qiymətləndirilib. Bu günə qədər Napoleonun ən bahalı əşyası 2014-cü ildə hərracda Cənubi Koreyalı bir iş adamının 1,8 milyon avroya (təxminən 3,32 milyon manat – red.) aldığı digər şlyapası hesab olunurdu.

Bu dəfə hərraca çıxarılan şlyapa təxminən 1810-cu ilə aiddir və deyilənə görə, imperator onu Elba adasından qaçarkən “Inconstant” gəmisinin göyərtəsində geyinib.

Verilən məlumata görə, satılan şlyapa 19-cu əsrə qədər imperator sarayının intendantı polkovnik Pyer Bayonun ailəsində saxlanılıb. Polkovnikin nəvəsi isə onu dijonlu antikvar alış-verişi ilə məşğul olan şəxsə satıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi