Naftali Bennett: Mən Fələstin dövlətinin qurulmasına imkan verməyəcəm

QafqazTimes xəbər verir ki, İsrailin baş naziri Naftali Bennett ibranidilli “Haaretz”, “Yedioth Ahronoth”, “İsrael Hume” və “Maariv” qəzetlərində dərc olunan müsahibəsində İran da daxil olmaqla, müxtəlif mövzulara toxunub.

Əl-Cəzirə telekanalı Haaretz-ə istinadən qeyd edib ki, cümə günü İsrailin baş naziri deyib: “Mən Nazirlər Kabinetinin rəhbəri olduğum müddətdə Oslo razılaşması yerinə yetirilməyəcək. Mən sağçıyam və mövqeyim dəyişməyib. Bennet həmçinin əlavə edib: “Mən Fələstin dövlətinin qurulmasına qarşı çıxmağa və İsraili müdafiə etməyə davam edirəm. Mən siyasi danışıqlarla Fələstin dövlətinin yaradılmasına imkan verməyəcəyəm və Fələstin Muxtariyyətinin liderləri ilə görüşməyə hazır deyiləm.”

“Arab 48” xəbər saytına görə o, müsahibələrinin bir hissəsində İrana müraciət edərək deyib: “İran problemi nüvə məsələsilə məhdudlaşmır. Bu problem bundan daha genişdir. O, daha sonra sionist rejimin böyük olduğunu iddia edərək əlavə edib ki, Təl-Əviv və Tehran arasında soyuq müharibə onilliklərdir davam edir.

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur