Naftali Bennetin evinə təhdid məktubu göndərən qadın həbs edilib

Sionist təhlükəsizlik qüvvələri Aşkelonda baş nazir Naftali Bennetin evinə içərisində güllələrin olduğu təhdid məktubları göndərdiyinə görə 65 yaşlı qadının həbs edildiyini açıqlayıb.

“Jerusalem Post”un məlumatına görə, bu qadın Benyamin Netanyahunun tərəfdarıdır və uzun müddət “Likud” fəalıdır.

Məlumata görə, bu təhdid məktublarını göndərməkdə şübhəli bilinən şəxs “Şin Bet” təşkilatı tərəfindən aparılan araşdırmalardan sonra müəyyən edilərək həbs edilib və siyasi motivlərlə ölümlə hədələmə ittihamı ilə bu qurumun cinayət bölməsinə təhvil verilib.

“Jerusalem Post”un məlumatına görə, ölüm təhdidini inkar edən 65 yaşlı bu qadın Netanyahunun qatı tərəfdarı və sosial media fəallarındandır.

Qeyd edək ki, keçən ay Bennettin Raanadakı evinə içində güllələr olan zərflərdə iki təhdid məktubu göndərildi. Aprelin sonunda ilk məktub göndərildikdən sonra “Şin Bet” baş nazirin evinin və ailə üzvlərinin təhlükəsizliyini gücləndirmək qərarına gəlib.

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Yəmənin atdığı raket hədəfə çatmamış 20 nəfər yaralandı – video

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq