Naftali Bennet postu ilə vidalaşır

İsrailin sabiq baş naziri Naftali Bennet etiraf edib ki, baş nazir olduğu müddətdə Tel-Əvivin təhlükəsizliyini təmin etmək və bu rejimin işğal etdiyi Fələstin sərhədlərini tam təhlükəsizliklə təhvil vermək üçün bütün səylərini göstərib.

“Russia Today”-in “İsrael Times”-a istinadən verdiyi məlumata görə, Bennet işğal olunmuş ərazilərin cənubundakı Hatsrim hava bazasında İsrail ordusunun pilotlarının buraxılış mərasimində iştirak edərkən “sevimli milləti İsrail” üçün əlindən gələni etdiyini iddia edib.

O, Təl-Əvivdəki siyasi atmosferlə tezliklə vidalaşacağına toxunaraq, deyib: “İsrail dövlətini təhlükəsiz və dinc sərhədləri olan güclü dövlət olaraq təhvil verirəm. Düşmənlərimiz çox yaxşı bilirlər ki, biz vətəndaşlarımızın təhlükəsizliyi üçün onları dünyanın hər yerində olursa olsun tapacağıq”.

İşğal olunmuş ərazilərdə son dövrlərdə baş verən qeyri-sabitlik dalğasını unudan Bennett təhlükəsizlik qüvvələrinə və sionist hərbçilərə güvənini ifadə edərək, hərbçilərə, ordu komandirlərinə, Birləşmiş Qərargah rəislərinə və bütün təhlükəsizlik xidmətləri, Mossad və polisə təşəkkür edib.

KİV-nin məlumatına görə, bu həftənin bazar ertəsi günü Bennett və İsrailin xarici işlər naziri Yair Lapid Knessetin buraxılması ilə bağlı razılığa gəldiklərini və Lapidin son bir neçə ay sonra keçiriləcək növbədənkənar seçkilərə qədər Təl-Əviv kabinetinin işlərini öhdəsinə götürəcəyini bəyan ediblər.

Related posts

İsrail dünyada sülh üçün 1 nömrəli təhlükədir!

Xristianlar İsa peyğəmbərin təhqirinə görə yəhudilərə nifrət edir!

Dostoyevski kimi dahilər də sionist yəhudilərə nifrət edir!