Nadir “Ferrari” qiyməti böyük marağa səbəb oldu – FOTO

1958-ci ildə istehsal olunmuş nadir “Ferrari 250 GT Pinin Farina Series I” mayın 10-11-də Monakoda “RM Sotheby’s” auksionunda satışa çıxarılacaq.

Bu kabrioletlərdən cəmi 40 ədəd istehsal edilib və satışa çıxarılan avtomobil 23-cüdür. Lotun gözlənilən dəyəri 4,5-5 milyon avro təşkil edir.

İlk analoji avtomobil 1957-ci ildə Cenevrə avtosalonunda təqdim edilib. Bu, “Ferrari”nin ilk seriya kabriolet modeli olub.

Maraqlıdır ki, bu avtomobil ilk dəfə deyil ki, “RM Sotheby’s”də hərraca çıxarılır. 2021-ci ilin noyabrında Pol Rikar (Fransa) avtodromunda keçirilən hərracda eyni nümunə 4,4 milyon avroya satılıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi