QafqazTimes xəbər verir ki, sionist hərbiçiləri cümə günü səhər İordan çayının qərb sahilinin şimalında yerləşən Tubas şəhərinə hücum zamanı bir Fələstin vətəndaşını qətlə yetiriblər.
Fələstinin “Səma” xəbər agentliyinin məlumatına görə, Salah Tofiq Səvafetə (58 yaş) bu cümə günü sionist qüvvələrin Tubas şəhərinə hücumu zamanı şəhid olub.
Fələstin Səhiyyə Nazirliyi Səvafetənin başından vurularaq şəhid olduğunu açıqlayıb.
Məlumara görə bu əməliyyatda daha bir gənc də yaralanıb.
Fələstin mediası həmçinin cümə axşamı səhər saatlarında onlarla İsrail hərbi maşınının Nablus şəhərindəki “Yusif türbəsi” kompleksinə hücum etdiyini və fələstinlilərlə toqquşmada bir fələstinli gəncin şəhid olduğunu, 17 nəfərin isə yaralandığını bildirmişdi.