Nəsrullah: Livan torpaqları azad edilənə qədər düşmənlə mübarizə edəcəyik

Livan Hizbullahının baş katibi vətən torpaqlarının azadlığına qədər sionist düşmənlə mübarizə edəcəklərini vurğulayaraq deyib: Bu gün İsrail divar arxasında gizlənib.

Əl Aləm telekanalının məlumatına əsasən, Seyid Həsən Nəsrullah dünən (25 may) Livan-İsrail müharibəsinin ildönümündə vurğulayıb: İsrailin Livanın cənubu və qəzzə zolağından geri çəkilməsi artıq onların Fərat çayı sahillərindəki mövcudiyyətini itirib.

Nəsrullah qeyd edib: Müqavimət və azadlıq günü Livan qələbəsini xatırladan əlamətdar bir gündür.

Baş katib həmçinin müqavimətə dəstək verdikləri üçün İran İslam Respublikası və Suriyaya dərin minnətdarlığını bildirirək deyib: Livan qələbəsində zəhməti keçən bütün dövlət və xalqlara təşəkkür edirik.

Nəsrullah həmçinin deyib: Düşmənlə mübarizəmizin sona çatdığını sananlar, yanılmasınlar. Çünki bizim hələ işğal altında olan torpaqlarımız var.

Qələbənin sadəcə bir döyüşə başa gəlmədiyini, illər uzunu zəhmətin bəhrəsi olduğunu söyləyən Seyid Həsən Nəsrullah çıxışının sonunda deyib: Divar arxasında gizlənmiş sionist rejim indi Fələstinlə müzakirə masasında aciz qalıb. Bu həm saxtakar rejim və ABŞ hegemoniyasının sonu deməkdir.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir