Nəsrullah: İsrail artıq özünü müdafiə edə bilmədiyi üçün ABŞ-ın ətəyindən yapışıb

Nəsrullah: İsrail artıq özünü müdafiə edə bilmədiyi üçün ABŞ-ın ətəyindən yapışıb

Livan Hizbullahının baş katibi sionist İsrail rejiminin arıtq gücdən düşdüyünü, bu səbəbdən də Amerikanın himayəsinə ehtiyacı olduğu üçün onun ətəyindən yapışdığını vurğulayıb.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Seyid Həsən Nəsrullah bu gün (6 avqust) Həmas lideri İsmail Həniyyə ilə birlikdə Tehranda şəhid edilən Fuad Şükürün anım mərasimində deyib: Sionist düşmən bu gün gücdən düşüb və çətin günlərini yaşayır.

Amerika dövləti və cinayətkar rejimin Fələstin dövlətinin qurulmasına razı olmadıqlarını qeyd edən baş katib vurğulayıb: İsrail artıq bütün dünyada öz imicini itirib. Çünki İranın “Sadiq Vəd” əməliyyatında ABŞ, İngiltərə, Fransa və bəzi ərəb ölkələrindən yardım aldığı zaman Co Bayden onlara “Biz olmasaydıq, İsrail məhv olardı” demişdi. İndi də İran və Hizbullahın İsmail Həniyyə intiqamı qorxusundan ABŞ və digər ölkələrin ətəyinə düşüb yalvarırlar.

İsrailin qüdrətinin zəifləmə səbəbini açıqlayan Seyid Həsən Nəsrullah qeyd edib: ABŞ, İsrail və digər Qərb ölkələ radarlarının İran və Hizbullah hücumlarına qarşı tam hazır vəziyyətdə olsa da Hizbullahın PUA-ları işğal olunmuş Fələstinin dərinliklərinə qədər işləyir.

Related posts

Livan müqaviməti sionistlərə yenə ağır zərbə vurdu

Dövlət Departamenti: Qəzzəyə humanitar yardım aparan yek avtomobillərinə hücumların məsuliyyəti İsrail üzərinə düşür

Həmas: ABŞ-ın sanksiyaları işğalçılara dəstək məqsədi güdür