Nəsrullah “Ərbəin” cavab əməliyyatını şərh etdi – Video

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bəyan edib ki, Ərbəin əməliyyatına (dünənki qisas əməliyyatı) səbəb olan bu hərəkatın yüksək komandiri Fuad Şükrün öldürülməsinə cavab idi. Qisas əməliyyatının ləngiməsinin səbəbi Amerika və İsrailin sayıqlığı və bu gecikmənin də düşmən üçün bir cəza olması idi.

Qafqaztimes xəbər verir ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Fuad Şükrün öldürülməsinə cavab əməliyyatından sonrakı çıxışının əvvəlində İmam Hüseynin (ə) milyonlarla zəvvarının təhlükəsizliyini və rifahını təmin edən İraq hökumətinə və bu ölkənin səxavətli xalqına bu qonaqpərvərliyə görə təşəkkür etdi. O bildirib ki, İraq xalqının və hökumətinin səxavətinin həddi-hüdudu yoxdur.

Nəsrullah dedi: Yer üzündə dağlar kimi möhkəm olan müqavimətin qəhrəman və cəsur döyüşçülərinə və mücahidlərinə, Livanın cənub cəbhələrində və Fələstinin bütün cəbhələrində, İraq və Yəməndə müqavimətin qəhrəman döyüşçülərinə salamlarımı göndərirəm.
Geniş hərbi əməliyyatımızı “Ərbəin əməliyyatı” adlandırırıq, çünki bu, bu böyük gündə həyata keçirilib.

Livan Hizbullahının baş katibi deyib: Əməliyyatın ləngiməsi Amerika və İsrailin sayıqlığı ilə bağlı idi və bu gecikmə özü də düşmən üçün bir cəza idi.

Livan Hizbullahının baş katibi düşmənin bir neçə həftə əvvəl əl-Dəhiyyəyə hücumunun bütün qırmızı xətlərin pozulması olduğunu bəyan edərək, şəhid Fuad Şükrün öldürülməsinə cavabın gecikdirilməsinin Qəzzədə sülh danışıqlarına şərait yaratmaq məqsədi daşıdığını qeyd edib.

Seyid Həsən Nəsrullah qeyd edib ki, Amerika Qəzzada müharibənin dayandırılmasında ciddi deyil və işğalçı rejimin cinayətlərində əsas tərəfdaşdır.

O dedi: Bizim düşmənə cavab olaraq, mülki insanları hədəf almamaq da daxil olmaqla qaydalarımız var idi. Qərarımız Təl-Əvivə yaxın hərbi mövqeləri hədəfə almaq idi.

Livan Hizbullahının baş katibi bildirib: Bu gün hədəfə alınan Gillot bazası düşmənin (İsrail rejiminin) terror və casusluq əməliyyatlarını keçirdiyi əsas bazalarından biridir.

Seyid Həsən Nəsrullah deyib: Bizim pilotsuz təyyarələrimiz İsrailin “8200” hərbi kəşfiyyat bazasını uğurla vurub. Düşmən hadisəni senzuraya salmağa çalışır, lakin zamanın keçməsi həqiqəti üzə çıxaracaq.
Pilotsuz təyyarələrin çətinlik çəkmədən hədəfə çatması üçün Katyuşa raketləri ilə müdafiə sistemini çaşdırdıq. Təl-Əviv yaxınlığındakı Mossad mərkəzi sionist casusluq və terrorun mərkəzi olduğu üçün ilk hədəfimiz oldu.
Əvvəldən qərarımız 300 raket atmaq idi və bu rəqəm nəzərdə tutulan mövqeləri hədəfə almaq üçün kifayət idi.
İlk dəfə olaraq Bəqa bölgəsindən pilotsuz təyyarələr düşmən mövqelərinə hücum etdi.
Bəqadan buraxılan bütün pilotsuz təyyarələr Livan və Fələstin sərhədini keçərək nəzərdə tutulan hədəflərə çatdı.

O dedi: Düşmənin bizim əməliyyatlarımızın qarşısını alması ilə bağlı iddiaları yalandır və bu, sionist düşmənin zəifliyinə və çaşqınlığına dəlalət edir.
Düşmənin bu gün Livanda bombaladığı yerlərdə, ballistik raket anbarı yox idi. Biz bir müddət öncə bütün dərələrdən ballastik raketləri çıxarmışıq.

O əlavə edib: Düşmənin Təl-Əvivə hücum etmək üçün hazırlanmış ballistik raketlərin hədəfə alınması ilə bağlı açıqlamaları yalandır. İsrailin hücumları yalnız iki raket buraxılış məntəqəsini vurdu.
Düşmənin bizim əməliyyatlarımız haqqında heç bir məlumatı yox idi və bu iddianın ən yaxşı səbəbi odur ki, düşmənin hədəf aldığı yerlərin bizim əməliyyatlar apardığımız bazalarla heç bir əlaqəsi yoxdur.

Seyid Həsən Nəsrullah qeyd edib: Bütün Amerika, İsrail və Qərb quru, hava və dəniz obyektləri hazır vəziyyətdə idilər; Lakin onlar bizim hücumumuzun qarşısını ala bilmədilər.

O əlavə etdi: İsrail rejimi hərbi məlumatlara malik olmadığı üçün raketlərin buraxılış meydançalarını hədəfə ala bilmədilər. Sionistlərin hücumu yalnız təcavüz xarakterli idi və bizim hücumumuza heç bir təsiri olmadı. Bu səhər sionistlərin hücumunda heç bir şəhidimiz olmadı!

Seyid Həsən Nəsrullah dedi: İsrail, bu qeyri-qanuni varlıq Amerikanın övladıdır. Amerikanın özü də İsrail kimi milyonlarla hindlini öldürdü. Ona görə deyirəm ki, Amerika da haramzadədir.
Livan artıq hücum qarşısında müdafiə olunmağa aciz deyil. Bəlkə bir gün biz sizə hücum edəcəyik.

Qeyd edək ki, Livan Hizbullahı Fuad Şükrün şəhid edilməsinə cavab olaraq işğalçı İsrail rejiminin mühüm mövqelərinə raket və dronlarla zərbə vurub.
Hizbullah əvvəlcə müdafi sistemi Dəmir Qübbəni çaşdırmaq üçün çox sayda raketlər atıb, daha sonra nəzərdə tutduğu mövqələrə raket və dronlarla zərbələr vurub.

Qafqaztimes həmin taktiki hücumun bəzi görüntülərini təqdim edir:



Related posts

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Sionist rejimin Suriyanın qərbində və mərkəzindəki hərbi mərkəzlərə hücumları

Zeynəb Nəsrullah: Müqaviməti yox etmək yuxusu heç zaman çin olmayacaq (ətraflı)

1 şərh

Dijital pazarlama Avqust 26, 2024 - 4:15 axşam

Dijital pazarlama SEO çalışmaları, Google’da üst sıralara çıkmamıza yardımcı oldu. https://www.royalelektrik.com/harmantepe-elektrikci/

Add Comment