Nəşriyyatın yaxınlığında qumbara aşkarlandı – FOTO

Bakıda, Tbilisi prospekti 76 ünvanında, “Qanun” nəşriyyatının binası yanında qumbara tapılıb.

Bu barədə nəşriyyatın direktoru Şahbaz Xuduoğlu məlumat paylaşıb.

O, bildirib ki, binanın ətrafını təmizləyən fəhlə, xoşbəxtlikdən, beli qumbaraya toxundurmayıb:

“Şəkildən göründüyü kimi, qumbara istifadə olunmayıb, necə deyərlər, “sağlamdır”. Fövqəladə Hallar Nazirliyinə xəbər verdik, çox sağ olsunlar, dərhal gəldilər”.

Hadisə yerinə FHN əməkdaşları gəliblər.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir