“Nəqliyyat terrorçusu” 18 maşını əzdikdən sonra görün nələr dedi (Video izlə)

Moskvada sürücü ağır yol-nəqliyyat hadisəsi törədib.

Rusiya mediasına istinadən xəbər verir ki, Kutuzovski prospektində baş verən qəzada ölən və yaralanan olmasa da, 18 maşına ziyan dəyib.

Hadisəni 34 yaşlı Pavel Serednev törədib. O, narkotik vasitənin təsiri altında olmaqda şübhəli bilinir.

Həmçinin Pavelin 57 yaşlı biznesmen Konstantin Serednevin oğlu olduğu söylənilir.

Atasının adına 3 şirkət qeydiyyatdan keçib – “Trend” MMC (məişət mallarının ticarəti), Duck & Dog MMC (mebel armaturları və komponentləri) və “Center Kaiser” MMC (məişət texnikasının təmiri).

İdarə etdiyi mikroavtobus da Konstantinin adına olub.

Hadisə şahidlərinin sözlərinə görə, Pavel Serednev qəzadan dərhal sonra maşından düşərək “Nəhayət, məşhur oldum” deyərək qışqırıb.

Həmin sürücüdən müsahibə almağa çalışan qadın jurnalistin suallarına isə rabitəsiz cavab verib. Bununla narkotik vasitəsinin təsirinin altında sükan arxasında olması şübhələri daha da artıb.

Related posts

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Sionist rejimin Suriyanın qərbində və mərkəzindəki hərbi mərkəzlərə hücumları

Zeynəb Nəsrullah: Müqaviməti yox etmək yuxusu heç zaman çin olmayacaq (ətraflı)