Nəim Qasim: İmam Xomeyni (r.ə) Qüdsü qlobal və insani məsələyə çevirdi

QafqazTimes xəbər verir ki, Hizbullah hərakatının baş katibinin müavini bildirib ki, İmam Xomeyni (r.ə) Beynəlxalq Qüds Gününü təşəbbüs etməsi ilə əslində Qüds və Fələstini məhdudiyyətdən çıxararaq qlobal və insani məsələyə çevirdi.

Şeyx Nəim Qasim Livanda keçirilən siyasi toplantıda vurğulayıb ki, Fələstin davasının bütün dünyadakı tərəfdarları və onların başında duran böyük Fələstin xalqı Fələstinin azadlığının şübhəsiz əldə ediləcəyinə inanır.

Hizbullah baş katibinin müavini qeyd edib ki, İslam İnqilabı liderinin İordan çayının qərb sahilinin silahlanması ilə bağlı dedikləri əslində bir yol xəritəsidir. Bu gün güclü müqavimət qələbəyə çatmağın yeganə yoludur.

Şeyx Nəim Qasim həmçinin deyib: “Fələstinlilərin qarşısında müqavimətdən və onların zehnində və ruhunda Fələstinin azad edilməsindən başqa bir şey yoxdur.”

O, əlavə edib ki, biz Fələstinə və Fələstinin azad edilməsinə dəstəyimizi ifadə etməliyik. Bəzi rejimlərin işğalçı rejimlə normallaşma siyasəti xəyanətdən başqa bir şey deyildir.

Related posts

Franklin: Yəhudilər…

Yəhudilər…

Yəmən: Amerikanın “Abraham” təyyarədaşıyan gəmisini vurduq