Nəhəng balıq rekord qiymətə satıldı – FOTO

Tokionun ən böyük balıq bazarında 2024-cü ildə keçirilən ilk hərracda nəhəng mavi tunes balığı 788440 dollara (təxminən 1,3 milyon manat) satılıb.

Məlumata görə, ton balığı Aomori liman şəhərinin sahillərində tutulub. Onun çəkisi 238 kq olub. Balıqları hərracda dəniz məhsulları topdansatışı ilə məşğul olan “Yamayuki” şirkəti və suşi şəbəkəsinin operatoru “Onodera Group” alıb.

Nəhəng tunes balığı dəbdəbəli Gindza rayonundakı “Mişlen” ulduzuna layiq görülmüş suşi restoranı “Onodera”da hazırlanacaq və təqdim ediləcək.

KİV-in məlumatına görə, balıq üçün ödənilən qiymət COVID-19 pandemiyasından bəri ən yüksək qiymətdir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi