Ərəbistanlı aktivist Ğanim Əl-Dusəri Twitter hesabında bir şəkil paylaşaraq Səudiyyə Ərəbistanı vəliəhdi Bin-Salmanın həyat yoldaşının rəsmi görüşlərdə iştirak etməməsi məsələsini gündəmə gətirib.
Bu ərəbistanlı aktivist yazır: Səudiyyə vəliəhdi Məhəmməd Bin Salman nisbətən açıq fikirli bir şəxsdir. Amma onun həyat yoldaşı Saranın rəsmi görüşlərdə iştirakına mane olan nədir?
Qeyd edək ki, son zamanlar Səudiyyə Ərəbistanında ikili siyasətlər və paradoksal rəftarlar ekspertlərin xəbərdarlıqları ilə nəticələnib.
Amerikanın Wall Street Journalı bu barədə bir məqalədə yazıb: Ərəbistan vəliəhdi ölkəni eyş-işrət və əyləncəyə bürümək siyasəti ilə siyasi azadlığı boğmaq məqsədi güdür. Bin Salman söz, ictimai-siyasi azadlıq hüquqlarını əyləncə, eyş-işrət məclisləri, adət-ənənəyə zidd rəftarlara göz yummaq və bu kimi tolerantlıqlar nümayiş etdirməklə ərəbistanlı gənclərin gözünə köz üfürür.