Nə üçün beynəlxalq hüquq sionist rejimin Qəzzə cinayətləri qarşısında acizdir?

Bu günlərdə sionist ordusu Qəzzə zolağında öz cinayətlərini həmişəkindən daha çox təkrarlayır. Belə ki, şəhidlərin sayı 40 minə yaxın, yaralananların sayı 90 mindən çox, köçkünlərin sayı yüz minlərlə nəfərə çatıb.

Qafqaztimes xəbər verir ki, sionist İsrail son 48 saatda törətdiyi 3 dəhşətli cinayətdə 142 nəfəri öldürüb, 150 nəfəri yaralayıb. Bundan əlavə, Qəzzə Səhiyyə Nazirliyinin Facebook-da dərc etdiyi açıqlamaya görə, saysız-hesabsız qurbanlar hələ də dağıntılar altındadır və onları saymaq mümkün deyil.

Bəs bu cinayətkar rejimin irəli sürdüyü bəhanələr Fələstin vətəndaşlarına qarşı bu cür cinayətlər törətmək üçün hüquqi dairələrdə bəraət qazandıra bilərmi? Nə üçün beynəlxalq hüquq sionist rejimin qətl maşınının qarşısını ala bilmir? Niyə beynəlxalq dairələr əvvəlki kimi bu rejimə təzyiq göstərmirlər?

Bu sualların cavabı beynəlxalq hüququn və bu qanuna əsaslanan hüquqi institutların fəaliyyət mexanizmini bilməyi tələb edir; “Məhəmməd Xamis” Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Tacuddin əl-Hüseyni, bununla bağlı deyir ki, 1949 və 1979-cu il Cenevrə Protokollarına və digər beynəlxalq məhkəmə institutlarına uyğun olaraq Beynəlxalq İnsan Hüquqlarının bütün maddələri sionist rejimin fələstinlilərə qarşı bütün hərəkətlərini pisləyir.

Əl-Hüseyni qeyd edib ki, “İsrailə” qarşı beynəlxalq qanunların həyata keçirilməsində ən mühüm problem qanunların icrasında səlahiyyəti olan yeganə orqan kimi Təhlükəsizlik Şurasının mövcud strukturu ilə bağlıdır. Çünki Amerika bu şurada həmişə veto hüququndan işğalçı rejimi dəstəkləmək üçün istifadə edir.

Bu ekspert çıxış yolu kimi deyir ki, müvafiq dövlətlər bu rejimi təqib etmək səlahiyyətinə malik olan Beynəlxalq Cinayət Məhkəməsinə şikayət etməlidirlər.

Alalam

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Qəzza Qəssabı dünyanı xilas edəcək?