Nə üçün Ərəbinstan Fələstin məsələsinə əhəmiyyət verir?

Sionist rejim mediaları Səudiyyə Ərəbistanının Tel Əvivlə sazişə qoyduğu Fələstin məsələsinin əhəmiyyətini analiz ediblər.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İsrail mediaları Ərəbistanın birdən-birə Fələstinə olan diqqəti və sazişlə əlaqədar ilkin şərtinin bu ölkənin rəsmi surətdə müstəqilliyinə maraqlarından danışırlar.

Yadiut Aharanut yazır: Ərəbistan krallığı uzun illər heç barədə heç bir işə qarışmadığı, bəzən maddi yardımlarını belə əsirgədiyi Fələstinə dəstək çıxması səudiyyəlilərin “İbrahim anlaşması”ndan üz çevirmədiklərini dünya ictimaiyyətinə çatdırmaq istəyidir. Həmçinin Fələstin Özünüidarə Təşkilatında vasitəli səfir təyin etməsi də “ərəb sülhü”nü yenidən dirçəltmək və Fələstinlə əlaqələrini genişləndirmək siyasətinin özünə olan xeyridir.

Məlumatda həmçinin deyilir: Bin Salman tezliklə Ərəbistan kralı olacaq və ərəb dünyasına olan rəhbərliyini gücləndirmək üçün fələstinlilərə daha çox ehtiyac duyur. Elə bu səbəbdən də Fələstin məsələsi bir növ ona güclü dəstək ola bilər. Eləcə də Riyaz İranın tənqidlərinə məruz qalmaqdan nigarandır və ona yaxın olmaq üçün bu məsələdə Tehranın diqqət mərkəzində olmağa can atır.

Sionistlərin fikrincə Riyazın Fələstin məsələsinə olan yeni həssaslığı, məhz nüvə proqramını kürsüyə qoymaqdan ötrü gündəmə gəlib və Ərəbistanın İsraillə sazişə girişməsinin əsas səbəbi sırf şəxsi mənafeyi olan nüvə sistemlərinə sahib olmaqdır.

Medialar həmçinin yazır: Netanyahunun çevrilmiş qum saatı artıq son dənələrini sayır. Baş nazir Riyazla saziş üçün qəti qərar qəbulunu təxirə salarsa, koalisiyadan daha çox onun özünün taleyi acınacaqlı olacaq.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur