Müzakirə öncəsi Netanyahu yenə şərt qoydu

Müzakirə öncəsi Netanyahu yenə şərt qoydu

Qəzzədə atəşkəs və girov mübadiləsi barədə müzakirələrin yeni fəslində sionist rejimin baş naziri yeni şərtlərlə gündəmə gəlib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, sionist rejimin 13 telekanalı bu gün (13 avqust) internet portalında yazıb:Benyamin Netanyahu razılaşma üçün daha 3 yeni şərt qoyub.

Məlumatda deyilir: Netanyahu 33 sağ girovun dərhal azad olunmasını, Həmasın azad olunmasını istədiyi fələstinli əsirlərin kimliyinin təyini və Qəzzənin şimalına geri dönmələri üçün fələstinlilərin necə yaşayacaqları barədə məlumatlar istəyib.

Ekspertlərin fikrincə Netanyahu Dohada keçiriləcək müzakirəyə 3 gün qalmış bu şərtləri qoyub və bu isə danışıqların təxirə düşməsi deməkdir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur