Mütəxəssis: “Meymunçiçəyinə yoluxanların 70 faizi homoseksuallar olub”

“Meymunçiçəyinin çiçək və suçiçəyinə görə kliniki əlamətləri arasında fərqləndirici xüsusiyyətləri var”.

 Bunu İTV-nin “Sabaha saxlamayaq” verilişində Kliniki Tibbi Mərkəzin I Yoluxucu xəstəliklər şöbəsinin müdiri Fərrux Sədirov deyib.

Fərrux Sədirov qeyd edib ki, əsas fərqləndirici əlamət limfa vəzilərin görünməsidir:

“Bu nə suçiçəyində, nə də təbii çiçəkdə görünür. Bu, önəmli xüsusiyyətdir. Son dönəmdə gündəmi zəbt edən meymunçiçəyi virusuna spesifik bir-iki simptom da ortaya qoyublar. Üz nahiyəsində, əl içində, ayaq altında görünməsindən ziyadə, qasıq bölgəsində görülməsi yeni bir simptom kimi qəbul olunur.

Buna səbəb kimi dünyada yoluxanların arasında böyük üstünlüyü homoseksual şəxslərin təşkil etməsi göstərilib. Çünki bu virus təmasla keçir. Bu günə kimi Afrikadan kənar ölkələrdə yoluxanların əksəriyyəti, hətta 70 faizdən çoxu homoseksuallar arasında olub”.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi