Müştərisini ölümdən qurtardı, sonra işinə qaldığı yerdən davam etdi: Maraqlı görüntülər – VİDEO

Türkiyədə müştərisini ölümdən xilas etdikdən sonra işinə davam edən bərbərin görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

Kadrlar Bursa şəhərindəndir.

Məlumata görə, saqqalını qırxmağa gələn müştərinin qəfildən dili qatlanıb və nəfəs almaqda çətinlik çəkib. Müştərinin huşunu itirmək üzrə olduğunu görən bərbər Muhammet Bayraktar dərhal müdaxilə edib.

Onun səyi nəticəsiz qalmayıb, kişi xilas olub. Bərbərin bundan sonra işinə davam etməsi istifadəçilərin çoxsaylı müzakirəsinə səbəb olub.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi