Nizami rayonu “Xalqlar dostluğu” metro stansiyasının yaxınlığında oğurluq hadisəsi baş verib.
Xalça mağazasına alıcı kimi gələn qadın masanın üzərindəki pulqabını oğurlayıb.
Əvvəlcə qadın özünü alıcı kimi təqdim edərək xalçalara baxmağa başlayıb. Daha sonra o, pulqabını stolun kənarına gətirib. Ətrafa nəzər yetirdikdən sonra isə onu götürüb və mağazadan uzaqlaşıb.
Həmin görüntüləri təqdim edirik: